Ərdoğan: İsrailin hücumu Netanyahu hökumətinin niyyətini göstərir

DÜNYA 09 sentyabr 2025, 22:45
“İsrailin hücumu Netanyahu hökumətinin niyyətini üzə çıxarıb.”

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin HAMAS nümayəndə heyətinə hücumuna münasibət bildirərkən deyib.

Ərdoğan bildirib ki, bu hücum Netanyahu hökumətinin münaqişə və qeyri-sabitliyi dərinləşdirmə niyyətində olduğunu göstərib.

“Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, qardaş Qətərin təhlükəsizliyini və rifahını hədəf almışdır. Hücumu lənətləyirəm.”, - Ərdoğan əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top