“Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə veto qoyması təbii ki, Azərbaycanın Pakistanla strateji tərəfdaşlığından irəli gəlir. Hindistan düşünür ki, bu addımla guya Azərbaycanı cəzalandırır”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O deyib ki, Zəngəzur dəhlizinin açılması da Hindistanın maraqlarına ziddir:
“Hindistan İranın Çabahar limanı vasitəsilə Ermənistan üzərindən keçən bir nəqliyyat dəhlizi yaratmaq istəyirdi. Lakin Zəngəzur dəhlizinin gündəmə gəlməsi bu planların qarşısını aldı. Yəni, Hindistan çalışırdı ki, Cənubi Qafqazda Ermənistan vasitəsilə nəqliyyat yollarına nəzarət etsin. Bu imkan artıq əldən çıxıb. 8 avqust tarixli razılaşma faktiki olaraq Cənubi Qafqazda yeni bir nizamın formalaşmasına yol açdı. Bu, eyni zamanda Çinin mövqelərini gücləndirdi. Çin Zəngəzur dəhlizindən və Orta dəhlizdən istifadə edəcək. Hindistanla Çin arasında isə onsuz da ciddi siyasi-hərbi gərginlik mövcuddur. Bu da Hindistanın Azərbaycana qarşı sərt mövqe sərgiləməsinə əlavə səbəbdir. Növbəti mərhələlərdə Azərbaycan yenidən ŞƏT-ə üzvlüyə namizəd ola bilər. Amma bu proses göstərdi ki, Azərbaycanın yanında kimlər var və kimlər açıq-aşkar Azərbaycana qarşı siyasət yürüdür. Hindistanın bu addımı isə nəticə etibarilə olduqca cılız və təsirsiz qaldı”.
Leyla Turan
Demokrat.az