"Ərimi işə atam düzəldib, digər yardımları da olub" — Elman Nəsirovun qızı (VİDEO)

GÜNDƏM 26 oktyabr 2025, 21:01
Bir neçə gündür ki, sosial şəbəkələrdə millət vəkili Elman Nəsirovun birinci nikahından olan qızı Laləzar Əliyevanın yayılan video müraciəti fonunda deputat qınanilır və təhqirlərə məruz qalır.

Buna səbəb isə keçmiş həyat yoldaşı Sevinc Əhmədovnın Elman Nəsirovun boşandıqdan sonra alimenti ödəməməsini deməsidir. Anasının çıxışından sonra qızı Laləzar Əliyeva ictimaiyyətə müraciət edərək atasının ona baxmamasından , hal-hazırda münasibətlərinin korlanmasına görə Xətai rayonu Babək prospektində yerləşən qaynata evindən də çıxarıldığını bildirib . Xanım Elman Nəsirovun ona ev tutmaqda dəstək olmasını istəyib. İlk baxışda Laləzar Əliyeva və Sevinc Əhmədova yazıq təsiri bağışlayır. İnsan hisslərinə qapılaraq onlara acıyır. Amma məntiqlə düşündükdə suallar yaranır:

“ BU MÜDDƏT ƏRZİNDƏ HAQQI TAPDANAN ÖVLAD NİYƏ SUSURDU?” Niyə məhz ölkədə siyasi vəziyyət qarışıq olduğu zaman ortaya çıxaraq atasının onla maraqlanmadığını, qalmağa yeri olmadığını dedi?Bunun səbəbləri Laləzar Əliyevanın AzTimes.az-a verdiyi müsahibədə cavablandırılıb. İndi ” küçədə qalmışam ” deyən xanım 2020-ci ildə ailə qurub iki övladı var. O , beş ilə yaxın həyat yoldaşı ilə Xətai rayonu Babək prospektində ərinin atasına məxsus evdə yaşayıb. İddiasına görə qaynatası onunla yola getmədiyi üçün ailədə problemlər yaşanıb. O , anası Sevinc Əhmədovanın yanına qayıtsa da anasının əsəbləri yerində olmadığı üçün Nərimanov rayonu ərazisində yerləşən anasına məxsus evdə qala bilməyib ana nənəsi ilə Nəsimi rayonu 28 May ərazisində yerləşən dayısına məxsus evdə qalır.Onlara Nərimanov rayonu Firdovsi Məmmədov 15 ünvanında plana düşmüş evlərin ərazisində “SıparkMTK” şirkəti tərəfindən inşa edilən yeni tikilidə iki mənzil (3 və 1 otaqlı) verilib. Mənzillərin 2026-cı ildə təhvil veriləcəyi bildirilir. Xanımların heç biri kirayə qalmamasına baxmayaraq şirkət hər ay onlara 800 AZN kirayə haqqı ödəyir. L.Əliyevanın dediyinə görə bunu Elman Nəsirov onun xahişi ilə şirkət rəhbərliyindən istəyib. L.Əliyevanın həyat yoldaşı E. Nəsirovun xahişi ilə isə qoyulub. Daha geniş müsahibəni sizə təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 22:14
Top