Sabirabadda dörd avtomobil toqquşub, xəsarət alanlar var

HADİSƏ 26 oktyabr 2025, 23:15
Sabirabad şəhərində zəncirvari yol qəzasında üç nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 22:14
Top