Sumqayıtda maşın divara çırpıldı: 6 yeniyetmə yaralandı

HADİSƏ 26 oktyabr 2025, 17:37
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq, divara çırpılıb.

Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) yeniyetmə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 16:37
Top