“Oğlum dünəndən səhhətimlə maraqlanmayıb” — Fəzail Ağamalı

GÜNDƏM 26 oktyabr 2025, 15:28
Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi ilə bağlı informasiya yayılıb.

Demokrat.az xəbər verir ki, modern.az onunla əlaqə saxlayıb.

Fəzail Ağamalı xəstəxanaya yerləşdirilmədiyini bildirib:

“Dünən bir az səhhətimdə problem yarandı. Ailə həkimimizi çağırdıq. Gəldi, dava-dərman elədi. Dedi ki, dincəlmək lazımdır. İndi də səhhətim yaxşıdır. Eşidirsiniz, səsim də gur çıxır”.
 
F.Ağamalı oğlunun onunla yaşananlardan sonra heç bir əlaqə saxlamadığını deyib. Elçin Ağamalı isə məsələ ilə bağlı danışmaq istəmədiyini söyləyib.

“Siyasi məsələlər bir yana bu, özəl məsələdir”,- o deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 16:37
Top