Hindistan və Çin arasında birbaşa aviareyslər bərpa olunur

DÜNYA 26 oktyabr 2025, 16:47
Hindistan və Çin birbaşa aviareysları bərpa ediblər.

Demokrat.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, birbaşa uçuşlar oktyabrın 26-dan bərpa olunur.

Beş illik fasilədən sonra ilk reys "IndiGo" aviaşirkəti tərəfindən həyata keçiriləcək. "IndiGo" Asiyanın ikinci ən böyük aviaşirkəti sayılır. Reys Kəlküttədən Quançjouya doğru uçacaq və uçuş təxminən üç saat yarım çəkəcək.

Çinin ən böyük aviadaşıyıcısı "China Eastern Airlines" isə noyabrın 9-dan uçuşlara başlayacaq və Şanxay-Delhi marşrutu üzrə həftədə üç dəfə uçuşlar həyata keçirəcək.

Xatırladaq ki, iki ölkə arasında birbaşa uçuşlar pandemiya dövründə dayandırılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 16:37
Top