“Sentyabrın 15-i yaxınlaşdıqca tələbə kirayəsi bazarında hər il olduğu kimi aktivlik artır”.
Bunu Demokat.az-a açıqlamasında əmlak eksperti Nüsrət Vəliyev deyib.
O bildirib ki, ev sahibləri bu dövrdə qiymətləri bir neçə əsas amilə görə yüksəldirlər:
“Universitetlər açılır, tələbə sayı çoxalır və bazarda tələbat təklifdən yüksək olur. Bu, qiymətlərin təbii olaraq qalxmasına səbəb olur. Payız semestri ərəfəsində kirayə bazarı ən qızğın dövrünü yaşayır. Ev sahibləri bilirlər ki, boş ev tapmaq çətindir, buna görə qiymətləri artırırlar. Mərkəzə yaxın, nəqliyyat və xidmət obyektlərinə əlçatan olan mənzillər daha çox qiymət qaldırır. Əgər sahibkar bazarın gələcəkdə də bahalaşacağını düşünürsə, artıq indi qiymətləri yuxarı çəkir. Qiymətlərin sabitləşməsi isə adətən semestrin başlamasından sonra, yəni sentyabrın sonu və oktyabrın əvvəlində müşahidə olunur. Bu dövrdə tələbələrin yerləşməsi başa çatır, bazardakı tələbat əvvəlki kimi yüksək olmur və qiymətlər bir qədər stabilləşir. Tələbələrə tövsiyəm bazara tez çıxmaq, seçimləri əvvəlcədən qiymətləndirmək və mümkün qədər etibarlı mənbələrdən mənzil icarələməkdir”.
Leyla Turan
Demokrat.az