"“Telegram” üzərindən yayılan yeni fişinq hücumları son vaxtlar daha çox istifadəçini hədəf alır. Hücumların əsas məqsədi hesabların ələ keçirilməsidir. Kibercinayətkarlar sosial mühəndislik üsullarından istifadə edərək “Hi, şəkilləriniz…” tipli mesajlarla maraq və narahatlıq yaradır, daha sonra isə saxta linklər göndərirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib.
O bildirib ki, istifadəçi həmin linkə daxil olduqda ondan telefon nömrəsi və təsdiq kodu tələb olunur:
"Bu məlumatlar ötürüldükdə hesab kibercinayətkarların nəzarətinə keçir.Belə hallardan qorunmaq üçün vətəndaşlar şübhəli linklərə daxil olmamalı, heç bir halda təsdiq kodlarını paylaşmamalıdırlar. Eyni zamanda “Telegram” hesablarında ikimərhələli autentifikasiya mütləq aktiv edilməlidir. Əks halda, ələ keçirilən hesablar daha çox istifadəçini aldatmaq üçün yenidən fişinq mesajlarının yayılmasına səbəb olur. Bu baxımdan, həm fərdi diqqətin, həm də maarifləndirmə tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır".
Əfsanə Kamal
Demokrat.az