Politoloq: "Azərbaycan Çinin planlarında mühüm yer tutur"

GÜNDƏM 09 sentyabr 2025, 18:55
"Çin Xalq Respublikası bu gün dünyanın ən böyük iqtisadi güclərindən biridir və bir sıra sahələrdə ABŞ-la eyni səviyyədədir, bəzən isə onu geridə qoyur. Çinin istehsal gücü və ixrac imkanları sürətlə artır ki, bu da onu qlobal bazarlarda əsas oyunçuya çevirir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, ABŞ-la Çin arasında açıq rəqabət olsa da, əslində onlar bir-birinə bağlı və asılı tərəfdaşlardır:

"ABŞ Çinə qarşı birbaşa müharibədən çəkinir və daha çox Tayvan məsələsi üzərindən təzyiq göstərməyə çalışır.

Çinin “Bir kəmər, bir yol” layihəsi Avrasiya, Afrika və Avropa istiqamətində böyük strateji əhəmiyyət daşıyır. Bu layihə ixracı artırmaq və yeni bazarlara çıxışı təmin etmək üçün nəzərdə tutulub.

Azərbaycan da Çinin bu planlarında mühüm yer tutur. Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində iki ölkə strateji tərəfdaşlıq barədə qərarlar qəbul edib. Son görüşlər göstərir ki, münasibətlər həm iqtisadi, həm də texnoloji sahələrdə genişlənir.

Nəticə etibarilə, Çin və Azərbaycan arasında əməkdaşlıq çoxşaxəli və gələcəyə yönəlikdir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top