""Kupçasız" fərdi yaşayış evləri vətəndaşı sonradan ciddi problemlə qarşılaşdırır. Ekspert olaraq çıxarışsız yaşayış sahəsi almağı məsləhət görmürük. Mülkiyyəti təsdiqləyən sənəd Dövlət Reyestr Xidməti tərəfindən verilmiş sənəddir. Müqavilə, yaşayış sahəsinə qeydiyyata salınmaq məsələsi sonradan ciddi problem yaradır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
O bildirib ki, sənədsiz evlər yerindən və təyinatındana asılı olaraq bazarda ucuz qiymətə satılır:
"Yaşayış sahəsinin yeri problemlidirsə, sonradan çıxarış almaq mümkün deyilsə, mənzilin qiymətində ciddi fərq olur. Sənədli evlə sənədsiz evin arasında qiymət olaraq 30% fərqin olduğunun şahidi olmuşuq. Vətəndaşların qiymətə aldanaraq əmlak əldə etməsinin tərəfdarı deyilik. Hər hansı obyekt aldıqda yaşayış və ya qeyri-yaşayış yeri üzərindəki əmlakı deyil, əmlakın hüquqlarını alırıq. Ona görə də sənədsiz evlərdən uzaq durmaq lazımdır. Natorial qaydada verilən çıxarışları olan mənzili almaq məqsədə uyğundur. Bəzən alqı-satqı etdikdən sonra bu problemlər ortaya çıxır. Əmlakı almadan öncə rəsmi sənədləri tələb etmək vacibdir".
Qeyd edək ki, sosial şəbəkələrdə ucuz qiymətə onlarla ev təklif olunur. Araşdırmalara əsasən böyük əksəriyyətinin "kupçasız" məzillər olduğu ortaya çıxır.
Əfsanə Kamal
Demokrat.az