Nazpəri gəlinindən danışdı

ŞOU-BİZNES 06 aprel 2025, 18:13

Xalq artisti Nazpəri Dostəliyeva gəlini Ülkərdən danışıb.

Axşam.az xəbər verir ki, gəlini ilə münasibətlərindən "Qonaqcanlı" verilişində söhbət açan sənətçi onu tərifləyib:

"Bir ana-bala kimi hər zaman sözsüz ki, münasibətimiz yaxşı olmalıdır. Əgər gəlin məni sevirsə, bu, qarşılıqlıdır. Sevgini görür və ona görə də məni sevir. Mənim ona sevgim az olsa, elə onun da az olacaq. Ülkəri Allah ailəsindən, övladlarından yarıtsın. Esmira xanıma da təşəkkür edirəm ki, gözəl gəlin, qız həyata gətirib. Maşallah, bacarığı, qabiliyyəti, hər şeyi yüksək səviyyədədir".

Qeyd edək ki, Ülkər Nazpərinin oğlu Əkbərin həyat yoldaşıdır. Onların iki övladı var. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top