
Əməkdar artist Nüşabə Ələsgərli yaşını gizlədənləri tənqid edib.
Axşam.az xəbər verir ki, “El canlı” verilişində olan müğənni yaşını açıqlayıb:
“58 yaşımın içindəyəm. 1967-ci ilin dekabrında doğulmuşam. Nə edim, nəyəm buyam. Məni sinif yoldaşlarım izləyir, müəllimlərim sağdır. Necə onların üzünə baxa-baxa yalan danışım?”.
N.Ələsgərli bu günə kimi plastik əməliyyat etdirmədiyini, amma buna hazırlaşdığını vurğulayıb.