Teylor Svift Kanye Uesti cinsi təcavüzə görə məhkəməyə verir

ŞOU-BİZNES 12 aprel 2025, 08:30
Dünya şöhrətli müğənni Teylor Svift qalmaqallı reper Kanye Uestin "X" sosial şəbəkəsində hər kəsi şoka salan açıqlamalarından sonra ciddi hüquqi addımlar atmağa qərar verib. 33 yaşlı pop ulduzunun vəkilləri artıq müvafiq sənədləri məhkəməyə göndəriblər.

Bu barədə "Daily Mail" nəşri xəbər verir.

Belə ki, Kanye Uest Sviftin eyni zamanda iki məşhur artistlə - Castin Biber və Harri Staylsla cinsi əlaqəsi olduğunu bildirib.

Mənbələrin məlumatına görə, Teylor Svift Kanye Uestə onun haqqında açıq şəkildə danışmağı qadağan edən məhkəmə əmrinin verilməsinə nail olmaq niyyətindədir. Adətən belə tədbirlər böhtan və mənəvi zərərin ödənilməsi haqqında iddia kimi daha ciddi hüquqi hərəkətlərdən əvvəl son xəbərdarlıq kimi xidmət edir.

Teylor Svift və Kanye Uest arasındakı 2009-cu ildə "MTV Video Music Awards" mərasimində başlayan münaqişə məşhurlar arasında ən böyük düşmənçilik tarixlərindən biridir. Həmin vaxt reper Teylorun "Ən yaxşı qadın videosu" nominasiyasında mükafatlandırılması zamanı səhnəyə çıxıb, ondan mikrofonu alıb və əslində qalib kimi Beyonsenin tanınmalı olduğunu bildirib. Uest, həmçinin Svifti öz mahnılarında təhqir edib. 2018-ci ildə Uest müğənni ilə münaqişə səbəbindən radiostansiyalarla münasibətlərinin və psixi sağlamlığının pisləşdiyini bildirib. 2019-cu ildə "Rolling Stone"da dərc olunan müsahibəsində Teylor Svift Uesti ikiüzlü adlandırıb, onun pərdə arxasında onunla mehriban danışdığını, cəmiyyətdə isə özünü güclü göstərmək üçün onu açıq şəkildə təhqir etdiyini deyib. (Oxu.Az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top