
"Ailənizi dağıtmayın. Pis demirəm ki? Hər evdə söz-söhbət olur. Bizim evimizdə olmayıb ki? Hər insanın öz yaşayış tərzi var. Elə insan var ki, yağın-balın içindədir. Əgər həyat yoldaşım məni bir kişi kimi təmin etsəydi və desəydi ki, "Gövhər, qarmonu yerə qoy, sənə necə lazımdır baxıram", o başqa məsələ. Bir şeyi ki, özüm qazanıram, özümü idarə edirəm, o zaman aldatsa, dözmərəm. O qadın ki, deyir "mənim həyat yoldaşım xəyanət etmir", öz-özünü aldatmasın. Çox az sayda ola bilər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Tarixin bir günü" verilişində deyib. Qarmon ifaçısı kişilərin xanımlarına xəyanətindən söz açıb:
"Mən özüm xanım ola-ola gözəl qadın görəndə baxıram, kişi yazıq nə etsin? Bütün gözəl qadınların həyat yoldaşları xəyanət edir. Kişinin gözünü Allah şor yaradıb. İmamlarımızın neçə həyat yoldaşı olub? Onlar da kişi olublar. Evdə söz-söhbət maddiyyat üstündə olur. Kişi uşağa baxmır, qadın deyinir. Qadın harasa getmək istəyəndə filan geyimi istəyir, kişi təmin edə bilmir, söz-söhbət yaranır. Kişi haraya getsə də 12-də evinə gələcək. Mənim həyat yoldaşımın üstündə mənim imzam var, hara getsə, deyəcəklər Gövhərin həyat yoldaşıdır. Küçə doludur, indi pis vaxtdır, gəlin, qız bilinmir. Ailənizi dağıtmayın. Kişi getmək istəyirsə, onu bağlı qapı arxasında saxlasan da bunu edəcək. Buna müğənnilər nə etsin, kişidən asılıdır".