Röya: “VERDİM, GETDİ” — VİDEO

ŞOU-BİZNES 11 aprel 2025, 11:50

Pop kraliça Röya Ayxan bu gün “Verdim getdi” adlı yeni sinqlını sevənlərinin ixtiyarına verib. Mahnının sözləri Həsən Babayevə,  musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur. Bəstənin aranjimanı və miksi üzərində  Tərlan Məmmədhüseynov çalışıb. Xalq artisti bu mahnısına da, Türkiyədə ekran həyatı verib. “Verdim getdi” mahnısına klipi məşhur türk sənətçilərinin klipmeykeri Ramazan Arslankaya çəkib.

Demokrat.az  xəbər verir ki, pop ulduz bu klipində 6 fərqli obrazı canlandırıb. Məşhur modellərin xüsusi olaraq Röya Ayxan üçün hazırladığı ekstravaqant üslubda geyimləri klipə xüsusi rəng qatıb. Ekran işi  üzərində böyük rəssam, stilist və xoreoqrafdan ibarərət komanda çalışıb.

Klipdə Röya Ayxanı Türkiyənin məşhur pop sənətçisi Hadisənin rəqqas qrupu müşayət edib. Böyük maliyyə tutumlu klipə  pop ulduz külli miqdarda pul xərcləyib. Sənətçi məşqlər zamanı dəfələrlə İstanbula səyahət edib, geyimlər xüsusi olaraq hazırlanıb, ümumi proses 2 ay müddətinə yekunlaşıb. Ekran işinin layihə rəhbəri Anar Ağakişiyevdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top