Gürcüstan Prezidenti bu tarixlərdə Azərbaycana səfər edəcək

XARİCİ SİYASƏT 11 aprel 2025, 20:43
Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Azərbaycandan sonra Gürcüstan Prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top