"Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir"

XARİCİ SİYASƏT 13 aprel 2025, 16:10
"Prezident İlham Əliyev Türkiyə ilə Suriyanın təhlükəsizliyi, infrastrukturu və iqtisadiyyatına dəstəklə bağlı iş aparır. Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq".

Demokrat.az Baku TV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatik Forumunun bağlanış mərasimində deyib.

O bildirib ki, Türkiyə Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirir:

"Azərbaycanla Türkiyə arasında sadəcə qardaşlıq deyil, dövlət qurumları arasında peşəkar əməkdaşlıq da mövcuddur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top