"Yürütdüyümüz müstəqil xarici siyasət sayəsində Qərbin planları puça çıxarıldı"

XARİCİ SİYASƏT 13 aprel 2025, 15:16
"Yürütdüyümüz müstəqil xarici siyasət və başda qardaşımız Türkiyə olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puça çıxarıldı".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Anadolu" agentliyinə müsahibəsində deyib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyanın Qarabağ probleminin həllində əməli addım atmadığını diqqətə çatdıran nazir bildirib ki, üç ölkə işğalın başa çatdırılması üçün Ermənistana heç bir təzyiq göstərməyib:

"İşğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıblar. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa cəhd göstərdilər. Onların başında Fransa və şəxsən Emmanuel Makron gəlir. BMT Təhlükəsizlik Şurasında müzakirələr apararaq Azərbaycanı cəzalandırmaq istədilər. Avropa İttifaqında Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar".

Bu səylərin heç birinin uğurlu olmadığını vurğulayan C.Bayramov əlavə edib ki, ABŞ-də də Demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər:

"Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar. Amma yürütdüyümüz müstəqil xarici siyasət və başda qardaşımız Türkiyə olmaqla, dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puça çıxarıldı".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top