Əfqanıstanda Amerika əleyhinə nəhəng pankart asılıb

DÜNYA 14 aprel 2025, 20:59
Əfqanıstanın paytaxtı Kabildə ABŞ-ın keçmiş səfirliyinin divarında anti-Amerika mesajı olan pankart asılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə yerli ToloNews portalı məlumat yayıb.

Jurnalistlər bildirir ki, nəhəng pankartda Əfqanıstan xalqının Amerikanı məğlub etdiyi yazılıb. Pankartı  kimin asdığı məlum deyil.

ABŞ  2001-ci ildə 11 sentyabr terror aktlarından sonra Əfqanıstana qoşun yeridib. Hədəfin hücumlara görə məsuliyyət daşıyan Əl-Qaidə qruplaşması olduğu bildirilir. 

Missiyanın 2020-ci ildə dayandırılması ilə bağlı ilk müqaviləni Donald Tramp imzalayıb. Qoşunların çıxarılması 2021-ci ildə Co Baydenin rəhbərliyi altında baş verib. Amerika hərbçiləri getdikdən sonra Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top