Paşinyan Nüvədiyə getdi: Əgər Zəngəzur yolu açılsa...

XARİCİ SİYASƏT 13 aprel 2025, 15:57
Baş nazir Nikol Paşinyan Nüvədi kəndinə gedib və sakinlərə “dəmir yolu (Zəngəzur dəhlizi – red.) açılsa, tonlarla nar sata biləcəksiniz” deyib.

Demokrat.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni jurnalist Narine Kirakosyan deyib.

O bildirib ki, Paşinyan və komandası açıq və aqressiv şəkildə seçkiqabağı təbliğat kampaniyasına başlayıb:

“Dövlət vəsaiti hesabına, insanları aldatmaqla, guya işgüzar səfərlər edir. Nikol və həyat yoldaşı Anna Akopyan kənd sakinlərinə “təhsildə yeni dəb” adlandırılan ideologiyanı öyrədirlər. Əslində isə bu, büdcə hesabına həyata keçirilən, insanları kütləvi şəkildə idarə etmək üçün planlaşdırılmış növbəti kampaniyadır.

Hazırda belə bir fikir geniş yayılıb: “Nikol bəlkə də yaxşı deyil, amma onu əvəz edə biləcək heç kim yoxdur”. Bu fikir informasiya texnologiyaları vasitəsilə insanlara təlqin olunub. Tiktok, İnstaqram və digər sosial şəbəkələr vasitəsilə insanlarda elə təəssürat yaradılıb ki, guya son 30 ildə heç bir rəhbər kəndlərə getməyib, sıravi insanlarla birbaşa ünsiyyət qurmayıb.

Nikolun bu səfərinə əvvəlcədən Avropa və beynəlxalq layihələr vasitəsilə hazırlıq görülmüşdü. Ən vacib məqam isə budur ki, yolun genişləndirilməsinə ehtiyac olmayan yerlərdə belə bu işlərə başlanılıb. Mehri bölgəsində də İranın razılığı olmadan müəyyən işlər görülür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top