Avstraliyada süni mayalanma mərkəzində yaşanan qarışıqlıq nəticəsində qadın başqasının körpəsini dünyaya gətirib. Xəstəxana baş verən hadisə ilə bağlı üzr istəyib.
"The Guardian" qəzetinin məlumatına görə, hadisə, Queenslənddəki "Monash IVF" adlı süni mayalanma mərkəzində baş verib.
Brisbane şəhərindəki klinikalardan birində qadına yanlışlıqla başqa embrion transfer edilib. Mayalanma mərkəzi başqa ailədən alınan embirionun yanlışlıqla transfer edildiyini təsdiqləyib.
"Monash IVF" nin baş direktoru Michael Knaap yaşanan qarışıqlıq üçün üzr istəyərək, ailəyə dəstək olacağını bildirib.
Qeyd edəki, bu hadisə sözügedən mayalanma mərkəzi ilə bağlı ilk qalmaqal deyil. Bundan əvvəl 700 mindən çox xəstənin embrionu məhv edilib və bu səbəbdən də onlara 56 milyon dollar təzminat ödənilib. (Milli.Az)