Tramp koqnitiv testdən keçdi

DÜNYA 12 aprel 2025, 18:31
ABŞ Prezidenti Donald Tramp gündəlik tibbi müayinə çərçivəsində koqnitiv testdən keçib.

Yeniavaz.com “DW” telekanalına istinadla xəbər verir ki, 78 yaşlı siyasətçi belə bir testdən imtina edən sələfi prezident Co Baydendən fərqli davranmağa qərar verdiyini deyib.

Tramp testin növü və ya onun əldə etdiyi konkret nəticələrlə bağlı təfərrüatları açıqlamayıb.

O, əlavə edib ki, əvvəllər bir neçə dəfə koqnitiv testlərdən keçib və həmişə uğurlu olub.

Tramp tibbi müayinədən sonra ümumi vəziyyəti haqqında da müsbət danışıb: “Ümumiyyətlə, özümü çox yaxşı formada hiss edirəm”.

O, aprelin 13-də nəticələrin olduğu hesabatın dərc olunacağına söz verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top