Naxçıvanda fərdi evdə yanğın olub, ölən var

HADİSƏ 11 aprel 2025, 21:25

Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub, yanğın zamanı ev sahibi ölüb.

 Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Şəhər Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evində 4 m² hissəsində yataq dəsti yanıb, 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top