Putin-Vitkof görüşü başa çatdı — YENİLƏNİB

XARİCİ SİYASƏT 11 aprel 2025, 20:58
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kreamlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Sankt-Peterburqda keçirilir.

Vitkofun təyyarəsi Sankt-Peterburqun Pulkovo hava limanına eniş edib.

Qeyd edək ki, bu, Vitkofun Rusiyaya üçüncü səfəridir. Bundan əvvəl martın 13-də Moskvaya gedən xüsusi nümayəndə Rusiyanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb və axşam saatlarında Putin tərəfindən qəbul edilib.

***

Kremlin məlumatına görə tərəflər arasında qapalı formatda baş tutan görüş artıq başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top