Vanil yoxa çıxır: Milyardlarla insanın sevimli dadı təhlükə altındadır

MARAQLI 04 iyul 2025, 08:43
Dünyanın ən populyar ətirləndiricilərdən biri olan təbii vanil iqlim dəyişiklikləri səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Belçikadakı Leven Katolik Universiteti və Kosta-Rikadakı Lankester Botanika Bağının alimləri xəbərdarlıq ediblər. Onların tədqiqatlarının nəticələri "Frontiers in Plant Science" jurnalında dərc olunub.

Bildirilir ki, iqlim dəyişiklikləri vanil orxideyaları ilə onların tozlandırıcıları arasında əlaqəni poza bilər.

Vanilin əsas mənbəyi olan "Vanilla planifolia" bitkisi xəstəliklərə, quraqlığa və istiyə qarşı həssasdır.

Tədqiqatçılar 11 vanil növü və 7 tozlandırıcı növünün yaşayış areallarını modelləşdiriblər. Ümumi nəticələrə görə, tozlandırıcıların böyük hissəsi yaşayış mühitini itirə bilər. Bu isə bir çox vəhşi vanil növünün məhvinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, vəhşi vanil növlərinin qorunması həm ekosistem, həm də kənd təsərrüfatı üçün vacibdir, çünki yetişdirilən növlər zəif genetik müxtəlifliyə malikdir və stres faktorlarına qarşı dayanıqsızdır.

Alimlər vanilin qorunması üçün ekoloji və genetik tədqiqatların dərinləşdirilməsi və vəhşi populyasiyaların mühafizəsi üzrə birgə səylərə çağırırlar.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top