Rusiya gecə Kiyevə “Kinjal”, “İsgəndər” və 500 PUA ilə zərbə endirib

DÜNYA 04 iyul 2025, 12:30
Rusiya gecə Ukraynanın paytaxtı Kiyevə raket və PUA zrbələri endirib.

AzPost bildirir ki, çoxlu sayda dağıntı qeydə alınıb, 23 yaralı var.

Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, Rusiya Ukrayna ərazisinə 539 PUA və 11 raket atıb. Bu sırada:

1 aeroballistik raket Kh-47 M2 “Kinjal”;
6 İskəndər-M/KN-23 ballistik raketləri;
4 İsgəndər-K qanadlı raketləri.

Hücumun əsas istiqaməti Kiyev olub. Ümumilikdə 9 raket və 63 PUA vurulub, o cümlədən 33 yerə dağıntılar düşüb.

Hava Hücumundan Müdafiə Qüvvələri 268 PUA-nı və 2 İsgəndər-K qanadlı raketini zərərsizləşdirib.

Təbii Sərvətlər Nazirliyi Kiyevdə havanın yüksək səviyyədə çirklənməsini təsdiqləyib.

Səbəb atəş nəticəsində yaranan yanğınlar olub. Şəhərdə radiasiya fonu normal həddə qalır.

Nazirlik paytaxt sakinlərinə mümkünsə açıq havada olmamağı, otaqları havalandırmamağı, hava təmizləyiciləri varsa maksimum işə salmağı tövsiyə edib.

Tənəffüs və ürək-damar xəstəlikləri olan insanlar bu tövsiyələrə xüsusi diqqət yetirməyə çağırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 iyul 2025, 15:35
Top