Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

SİYASƏT 11 aprel 2025, 23:18

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top