Prezident onların vəzifədə olma yaş həddini artırdı

GÜNDƏM 07 aprel 2025, 19:44

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddi artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə artırılıb.

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 aprel 2025, 21:55
07 aprel 2025, 21:14
Top