Azərbaycan millisinin keçmiş baş məşqçisi müflis olmağa yaxındır

İDMAN 07 aprel 2025, 22:34
Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Robert Prosineçki müflis olmağa yaxındır.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, təcrübəli mütəxəssisin sahibi olduğu "Steviq Life" şokolad fabriki 360 min avro borcunun olması səbəbilə iflas həddinə çatıb.

56 yaşlı xorvat baş məşqçinin borcu olduğu şəxslər fabriki məhkəməyə veriblər. Bu il iyulun 1-də şikayətçilərin iddialarını araşdırmaq üçün məhkəmə iclası keçiriləcək.

Sözügedən şirkət R.Prosineçki tərəfindən 2018-ci ildə 2 654 avroluq sərmayə ilə qurulub.

Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 aprel 2025, 21:55
07 aprel 2025, 21:14
Top