“Xanımımla niyə efirə çıxım?” — İzzət

ŞOU-BİZNES 07 aprel 2025, 12:48

Müğənni İzzət Bağırov ailəsindən söz açıb.

Demokrat.az OLAY-a istinadən xəbər verir ki, bu haqda sənətçi “Həftənin qonağı” verilişinə müsahibəsində danışıb.

İzzət bildirib ki, uşaqları ilə birgə efirlərə çıxsa da lakin həyat yoldaşının fotosunun yayılmasını istəmir:

“Ailəmi niyə gizlədim ki? Oğullarımla efirə çıxıram. Amma xanımımla niyə efirə çıxım? Qızım olsaydı, onu da göstərməzdim. Oğullarımla dostam, başqa cür mümkün deyil. Anası nə olursa deyir sən denən. Rza eyni mən xasiyyətlidir: ailəcanlı, evin yükünü daşıyan, hamının qayğısına qalan. Səhər hamıdan tez oyanıb, gedib çörək alacaq. Mehdi ilə başqa cür danışıram, qəribə uşaqdır. Əlinin işinə çox qarışmıram. Amma bilirəm hara gedir, kiminlə oturur. Son vaxtlar geyiminə çox fikir verir, ətirlənir. Qısqancam. Ailəmlə şəklimi görmüsünüz? Kişi qısqanc olmalıdır. Əgər deyilsə, problemi var. Günümün 80 faizini evdə keçirdirəm. Axşam işdəyəm, yoxdursa, evdəyəm. Kiminlə gedib oturacağam?”


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top