Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki təmsilçisi "Mamagama" qrupu Niderlandın paytaxtı Amsterdamda keçirilən ənənəvi “Eurovision in Concert” tədbirində iştirak edərək ilk dəfə canlı çıxışını gerçəkləşdirib.
Demokrat.az xəbər verir ki, "Mamagama" qrupu səhnədə "Avroviziya 2025" üçün təqdim etdiyi “Run With U” adlı mahnısını canlı şəkildə ifa edilib.
Konsertdən əvvəl baş tutan mətbuat konfransı zamanı isə "Mamagama" qrupu müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandırıb, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi mesajları barədə ətraflı məlumat verib. Təmsilçilər eyni zamanda, digər iştirakçılarla da tanış olaraq müsabiqə öncəsi münasibət qurublar.
Qeyd edək ki, hər il baş tutan, Avroviziya mövsümünün simvolik tədbirlərindən biri kimi tanınan “Eurovision in Concert” müsabiqə öncəsi təmsilçilərə geniş auditoriya qarşısında özlərini təqdim etmək, ifalarını sərgiləmək və media ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradır. Bu il tədbirdə 27 ölkənin təmsilçisi çıxış edib.
Tədbirin təşkilatçılarına görə, bu il "Eurovision in Concert" üçün 6000-dən artıq bilet satılıb. Əsas auditoriyanı Avropanın müxtəlif ölkələrindən gəlmiş Avroviziya azarkeşləri təşkil edir.
Xatırladaq ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və "Mamagama" qrupu may ayında baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.