Sabirabad xəstəxanasında daha bir uşaq ölümü QEYDƏ ALINIB

HADİSƏ 31 mart 2025, 11:40
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alınıb.

Demokrat.az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə bayram günlərində baş verib.

Məlumata görə, doğumu cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib.

Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.

Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.

Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib.

Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 23:42
Top