Martın 31-də dünyanın ən böyük uşaq kitab sərgisi olan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə xüsusi stendlə təmsil olunur.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti sərgidə iştirak edir. Yenilənmiş dizayna malik milli stenddə "Şərq-Qərb", "Libra Kitab", "Qələm", "Everest", "Təhsil, "Aspoliqraf", "Altun Kitab", "Qanun", "Ting", "Oskar", "Zəka Print", "Radius" kimi Azərbaycan nəşriyyatlarında azyaşlı oxucular üçün çap olunmuş 160-dan çox adda 200 nüsxədən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.
Ölkəmizin nümayəndə heyəti sərgi çərçivəsində bir sıra tədbirlərə qatılıb. Türkiyə Respublikasının nümayəndə heyəti, eləcə də Çexya, Slovenya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland kimi ölkələri təmsil edən nəşriyyat nümayəndələri, uşaq müəllifləri və illüstratorlarla işgüzar görüşlər olub, kitab və nəşriyyat işi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Novruz bayramının timsalında milli adət-ənənələrimizin təqdimatı ilə bağlı tədbir təşkil olunub, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti haqqında sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilib.
Nazir müavini F.Cəfərov sərgi çərçivəsində Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisinin Təşkilat Komitəsinin rəhbəri Elena Pasoli ilə görüş keçirmişdir. Görüşdə Bolonya Kitab Sərgisi ilə Bakı Beynəlxalq Kitab Sərgisi arasında əməkdaşlıq, Bolonya sərgisinin təcrübəsindən Bakı Kitab Sərgisində istifadə olunması, eləcə də gələcəkdə Azərbaycanın Bolonya Kitab Sərgisində fəxri qonaq qismində iştirak imkanları müzakirə olunmuşdur.
Aprelin 3-dək davam edəcək sərgidə Azərbaycan müəlliflərinin kitab təqdimatları, yerli naşirlərin müxətlif ölkələrdən olan həmkarları ilə işgüzar görüşləri nəzərdə tutulub.