Bakıda "Daewoo" sürücüsündən təhlükəli hərəkətlər: Sərnişilə birləşib... — VİDEO

HADİSƏ 01 aprel 2025, 10:18

Bakıda sürücülər arasında yaşanan hadisənin videosu avtomobildəki kameraya düşüb.

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, videogörüntü martın 22-də, Bakı-Şamaxı yolundan başlayaraq Moskva prospektinə qədər davam edib.

Belə ki, 10-CY-127 qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü öncə sağdan ötmə edib. Daha sonra Bakı-Sumqayıt yolunda ötmə qaydasını pozaraq görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb. Bununla kifayətlənməyən sürücü Moskva prospektindəki tuneldə bütöv xəttin tələbini pozaraq yenidən qəza şəraiti yaradıb, sonra isə həmin avtomobilin qarşısını kəsib. Redaksiyamıza müraciət edən oxucu bildirir ki, həmin sürücü sərnişinlə birləşərək onunla mübahisə etməyə başlayıblar. Etdiyi hərəkətə görə üzr istəmək əvəzinə, özünə haqq qazandırıb.

Sözügedən videonu təqdim edirik.
 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top