Şəkidə QƏZA: Ölən var

HADİSƏ 31 mart 2025, 10:44
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, bu gün gecə saat bir radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində İsmayıl Piriyev idarə etdiyi " Opel" markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

Hadisə nəticəsində C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 23:42
Top