Aqrar İnnovasiya və Təchizat şirkətinin əməkdaşı 104 min manatlıq mənimsəmə ittiham edilərək həbs edilib. O, qeyd edilən məbləğin şişirdildiyini iddia edib.
Demokrat.az Musvat.com-a xəbər verir ki, 38 yaşlı Elvin Məmmədli adı çəkilən şirkətin Qazax rayonu üzrə satış nöqtəsinin satıcı-anbardarı vəzifəsində çalışıb.
İttihama görə o, Elvin Məmmədli şirkətə məxsus gübrə və kənd təsərrüfatı məhsullarını sataraq əldə etdiyi 104 min manatı şəxsi ehtiyaclarına sərf edib.
Şirkət ziyanın 20 min manatının ödənildiyini 84 min manatın təqsirləndirilən şəxsdən tutularaq şirkətə ödənilməsini istəyib.
Elvin Məmmədli özünü qismən təqsirli bilərək deyib ki, 2021-ci ilin mart ayından Qazaxda icarəyə götürdüyü obyektdə şirkət tərəfindən ona təhvil verilən malların satışı ilə məşğul olub.
“Faktiki mart ayından işləsəm də şirkətlə aramızda əmək müqavilə 29 iyun tarixində bağlanıb. Malları mən satsam da əmək müqaviləsi işçim Nemətin adına bağlanmışdı. Sonr Nemət işdən çıxdı.
Mart ayından avqust ayının sonlarına qədər şirkət tərəfindən verilən gübrə və bitki toxumlarının satışı ilə məşğul olmuşam. Alqı-satqı fermerlərlə şifahi razılaşmalar əsasında həyata keçirilirdi. Satılan mallara görə 3-5 faiz məbləğində bonus ödənişi almalı idim”.
Onun sözlərinə görə, bəzi hallarda mallar fermerlərə nisyə verilib. Amma qiymət qalxanda yeni qiymətlə məhsulun dəyəri tələb edilirmiş: “Nisyə verilən malların qiymətləri qalxanda şirkət tapşırırdı ki, yeni qiymətlərlə ödənişi alım. Yeni qiymətlərlə ödəniş etməyə görə narazılıqlar yarandı. Buna görə 99 min manatı şirkətin bank hesabına keçirə bilmədim.
Öz təsərrüfatım üçün də şirkətdən təxminən 25 min manatlıq gübrə almışdım. Gübrənin qiymətləri qalxanda həmin məbləğ 41 min manat oldu. İşimi və şirkətdən öz təsərrüfatım üçün sərfəli şərtlərlə gübrə almaq imkanımı itirməmək üçün yaranan borcu hissələrlə bir il ərzində ödəyəcəyimi öhdəmə götürdüm.
Şirkətin direktor müavini Çingizlə aramızda olan razılaşmaya görə şirkətin malını satıb bonuslarla borcu bağlayacaqdım. Amma 3-4 gün sonra şirkət mal vermədi, anbarda olan malları da götürdülər”.
Elvin Məmmədli 104 minlik zərərlə razılaşmadığını deyib: “Şirkətin Nəsir adlı əməkdaşına iki dəfə 5 min manat verdim. 10 min də şirkətin Bakıda yerləşən ofisində Sənan Süleymanlıya və Rəşad adlı şirkətin nümayəndələrinə ödəmişəm.
2022-ci ilin yanvar ayından mart ayına kimi hissə-hissə olmaqla təxminən 22 min ödəmişəm. Şirkətə 56 min borcum qalıb.
İşlədiyim müddətdə 860 min manatlıq sifarişə görə şirkət mənə 17 min 200 manat bonus verməli idi. Amma vermədilər. Bu məbləği də borcumdan çıxmalıdırlar”.
Onun sözlərinə görə, şirkətdən aldığı gübrənin dəyərini fermerlərin kartlarında olan dövlətin verdiyi subsidiya hesabına ödəyərək yerdə qalan hissədə gübrələri açıq formada satıb qazanc əldə edib.
Elvin Məmmədlinin dediyindən maraqlı bir məqam da üzə çıxıb. Onun sözlərinə görə fermer kartları ilə bağlı prokurorluqda müvafiq araşdırma aparıldığı zaman ödəniş daxil olmadığı üçün qeyd edilən miqdarda çatışmazlıq yaranıb.
Məhkəmə Elvini törətdiyi əməldə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.
Şirkətin 84 min mülki iddiası da təmin edilib.