Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı — VİDEO

HADİSƏ 27 mart 2025, 17:05

Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, Yeni Yasamal ərazisində avtomobil bina tikmək üçün qazılan və ətrafı hasarlanmayan bünövrəyə aşıb.

Yasamal sakini qeyd edir ki, həmin ərazi çoxdan qazılsa da, ərazidə hər hansı iş aparılmayıb.

"Bura parklanma yerinin arxasındadır. Ərazi çoxdan qazılsa da ətrafına heç bir hasar çəkilməyib. O səbəbdən nəqliyyat vasitəsini arxaya verən yaşlı insan avtomobil qarışıq həmin qazılmış əraziyə düşüb. Əraziyə təcili tibbi yardım əməkdaşları da gəliblər", - deyə sakin bildirib. (Oxu.az)
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top