Etirazlarla bağlı reportaj hazırladıqları üçün həbs olunan 7 jurnalist sərbəst buraxılıb

DÜNYA 27 mart 2025, 12:42
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun 19 Mart Çərşənbə günü və 23 Mart Bazar günü "korrupsiya” ittihamı ilə həbs edilməsinə qarşı Saraçhanedə keçirilən etiraz aksiyaları ilə bağlı reportaj hazırlayan 7 jurnalist sərbəst buraxılıb.
 
Media və Hüquq Araşdırmaları Dərnəyi (MLSA) Saraçhanedəki etirazları işıqlandıran Yasin Akgül, Kurtuluş Arı, Gökhan Kam, Ali Onur Tosun, Bülent Kılıç, Hayri Tunç və Zeynep Kurayın etirazlardan sonra sərbəst buraxıldığını açıqlayıb.

Xatərladaq ki, jurnalistlər "mitinq və nümayişlər haqqında qanunu pozmaq” ittihamı ilə həbs edilmişdilər. (Azxeber.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 aprel 2025, 15:46
Top