Zaqataladakı asma körpüdə yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alan var — VİDEO

HADİSƏ 27 mart 2025, 09:12

Gecə saatlarında Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Zaqatala şəhərindən keçən Tala çayı üzərindəki asma körpüdə qeydə alınıb.

Belə ki, "Hyundai" markalı 77-XF-575 dövlət nömrə nişanlı avtomobil körpüdən keçərkən yol kənarında dayanan 62-BC-555 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşına çırpılıb.

Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Vəfa Rəcəbli xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun bloqer olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top