"Teymur Əmrah kimi acından ölmək istəmirəm"

ŞOU-BİZNES 26 mart 2025, 19:50
Müğənni Kərim Abasov "Tarixin bir günü" verilişində qonaq olub.

İfaçı oxuduğu mahnıları qınayanlara səslənib. O, pul qazanmaq üçün mahnı oxuduğunu vurğulayıb:

"Estrada janrında mahnıya uzağı yarım saat qulaq asa bilərəm. Toya gedirəm və milli musiqilərimizi oynamaq istəyirəm. Evdə Manaf Ağayevin, Əflatun Qubadovun mahnılarını eşidəndə oynayıram. Söhbət o deyil ki, mən estrada oxuyuramsa, əjdahayam, sən oxumursansa, yox. Elə deyil, o səndən də əjdahadır. Mən sənətkar olub evdə acından ölmək istəmirəm. Mən Teymur Əmrah (Əməkdar artist - red.) kimi sənətkar olmaq istəmirəm. "Sənətkaram" deyib, hər şeydən uzaqlaşırsan, özünə qadağalar qoyursan. Mən bu gün əla dolanmaq, yaxşı yaşamaq istəyirəm. "Mən sənətkaram" deyib, qıraqda acından ölmək istəmirəm. Kim istəyir məndən incisin, özü bilər".(axsam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top