“Tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Amma ötən illər ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh müqaviləsinin imzalanmasını hələ ki, mümkünsüz edib. Tərəflər arasında aparılan danışıqlar nəticəsində müəyyən irəliləyişlər əldə edilsə də Ermənistan əsas maneəni aradan qaldırmaqla bağlı qətiyyətli mövqe ortaya qoymur”.
Demokrat.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, əsas şərt Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsidir:
“Bu, Azərbaycan tərəfinin prinsipial mövqeyidir və beynəlxalq hüquqa tam uyğundur. Bununla yanaşı, ATƏT-in artıq tarixin arxivinə atılmış qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunması zəruridir. Ermənistan tərəfi doğrudan da sülhdə maraqlıdırsa bu şərtlərə əməl etməlidir. Amma görürük ki, himayədarlarının dəstəyi ilə silahlanan işğalçı ölkə sülh müqaviləsindən yayınmaq üçün hərbi təxribatlara əl atır”.
Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılması barədə məlumat yayılandan dərhal sonra İrəvan ardıcıl təxribatlara start verib:
“Artıq neçə gündür ki, şərti sərhəddə Ermənistan ordusunun təxribatları davam edir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlarda da qeyd edilir ki, Ermənistan şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini intensiv şəkildə atəşə tutur. Ermənistan bununla yenə də ikibaşlı oyun oynayır. Bir təfədən özlərini “sülh göyərçini” kimi təqdim edirlər, digər təfədən təxribatları davam etdirirlər. Rəsmi İrəvan Ermənistan qəsdən təxribatlar törədərək beynəlxalq ictimaiyyətə Azərbaycanın guya sülh prosesində qeyri-konstruktiv mövqe tutduğunu nümayiş etdirməyə çalışır”.

Müsahibimiz sonda qeyd edib ki, bütün bu təxribatlar Avropa İttifaqının müşahidə missiyasının gözlərinin qarşısında baş verir:
“Əslində casus missiyası olan bu qüvvələr də Ermənistanın təxribatlarına alət olublar. Ermənistanın sərhəddə törətdiyi təxribatlar bu ölkənin regionda dayanıqlı sülhün və sabitliyin yaradılmasında maraqlı olmadığını təsdiqləyir. Paşinyan hakimiyyətinin həyata keçirdiyi bu siyasət sülhə xidmət etmir və regionda təhlükəsizliyə təhdid yaradır. Sülhdən yayınaraq ardıcıl hərbi təxribatlara əl atmaq təhlükəli eskalasiyalara gətirib çıxara bilər. Azərbaycan tərəfi sülh prosesinə sadiqdir. Amma Ermənistan təxribatlarla nəyəsə nail olacağını düşünürsə, yanılır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir sutkadan da az davam edən lokal xarakterli antiterror tədbirləri onlara dərs olmalı idi. Bu dərsdən nəticə çıxarmayıblarsa Dəmir yumruq yerindədir. Gələcəkdə baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür”.