Əkrəm İmamoğlu Mərmərə Cəzaçəkmə Müəssisəsinə aparıldı

DÜNYA 23 mart 2025, 19:33
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanıldıqdan sonra Çağlayan Ədliyyəsinə gətirilib, ifadəsi alındıqdan sonra həbs olunaraq Silivridəki Mərmərə Cəzaçəkmə Müəssisəsinə aparılıb.

Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, həbsxananın qarşısında geniş təhlükəsizlik tədbirləri görülüb, ərazidə hərəkətlilik yaşanıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.

Ona qarşı aparılan “terror” istintaqında prokurorun həbs tələbi hakim tərəfindən rədd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top