Ermənistanda güclü zəlzələ oldu

DÜNYA 21 mart 2025, 13:56
Martın 20-də səhər saatlarında Ermənistanın Lori vilayətində 3.7 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Spitak şəhərindən 8 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin episentrdə gücü 6 bal təşkil edib. Zəlzələ Lori vilayətində (4 bala qədər), Şirak vilayətində (3-4 bal), Araqatsotn vilayətində (2-3 bal) hiss olunub.

İlkin məlumata görə, dağıntı və xəsarət alan yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top