Britaniyada yarımstansiyada güclü partlayış baş verib, hava limanı bağlanıb

DÜNYA 21 mart 2025, 08:31
Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.

APA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşr qeyd edir ki, partlayış Heys rayonunda baş verib. Hadisə yerində güclü yanğın baş verib.


Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib.

Londonun Hitrou hava limanı yanğına görə müvəqqəti bağlandığını elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top