Çin-ABŞ ticarət qarşıdurmasının yeni mərhələsi dünya ticarət sistemini necə dəyişə bilər? — RƏY

DÜNYA 18 mart 2025, 20:45
Çin ilə ABŞ arasındakı ticarət qarşıdurması son illərdə dünya iqtisadiyyatında ən mühüm mövzulardan birinə çevrilib. 2018-ci ildə başlanmış ticarət müharibəsi, tariflər, ticarət balansı və texnoloji liderlik kimi məsələlərlə bağlı qarşılıqlı ittihamlar və sərt tədbirlərdən sonra, müəyyən dövrlərdə yumşalmalar və müzakirələr baş versə də, qarşıdurma hələ də davam edir. Son dövrlərdə, xüsusilə 2025-ci ildə, yeni ticarət və iqtisadi siyasət dəyişiklikləri ilə Çin-ABŞ münasibətləri daha da mürəkkəbləşib. Çin-ABŞ ticarət qarşıdurmasının yeni mərhələsi dünya ticarət sistemini necə dəyişə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Çinlə ABŞ arasında ticarət müharibələrinin səbəbi daha çox siyasidir və qarşılıqlı ticarət dövriyyəsində üstünlük qazanmaq cəhdləri ilə bağlıdır:

“Mən düşünürəm ki, bu ticarət müharibələri, əslində, hər iki tərəf üçün danışıqların başlanması üçün bir səbəb ola bilər. Çox güman ki, yaxın zamanlarda Çin və ABŞ arasında genişmiqyaslı danışıqlar prosesi başlayacaq və nəticə etibarilə ticarət müharibələri də həmin danışıqların tərkib hissəsinə çevriləcək. Ona görə də düşünmürəm ki, bu proses uzunmüddətli olacaq. Bir müddət sonra hər iki ölkənin maraqlarını nəzərə alan və onlara sərf edən bir model üzərində anlaşma əldə ediləcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top