Ərdoğanın bu hərəkəti gündəm oldu — VİDEO

DÜNYA 13 mart 2025, 08:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəcib hərəkəti ilə gündəmə gəlib.

Demokrat.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, Türkiyə lideri Polşanın Baş naziri Donald Tusku qarşılayarkən sol ayağına dizlik taxdığını, pilləkənləri qalxmaqda çətinlik çəkdiyini görür və siyasətçinin qoluna girərək ona yardım göstərir.

Ərdoğanın polşalı nazirə jesti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, Tusk xizək sürərkən xəsarət alıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top