Rəsmi statistikaya görə, Azərbaycanın əhalisinin 75%-dən çoxu Bakıdan kənarda yaşayır. Lakin iş yerlərinin 70-80%-i paytaxtda açılır. Əhalinin çoxu əyalətlərdə yaşadığı halda iş yerlərinin çoxunun paytaxtda açılması narahatlıq yaradır.
Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bölgələrdə və yaxud regionlarda işsizlik ciddi problemli məsələ sayılır:
“Bəli, ölkə əhalisinin əmək qabiliyyətli olan hissəsinin təqribən 45 % hissəsi Bakıdan kənarda məskunlaşmışdır. Və onların çox hissəsi işləmək üçün ya paytaxta, ya da ölkədən kənara üz tuturlar. Bu, sovet dövründə də belə idi, müstəqillik əldə etdikdən sonra da belə oldu. Odur ki, məsələ yeni deyil. Və bu sahədə dövlətimiz və hökumətimiz çox çalışmaqdadır. İstər regionlar sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları hesabına, istər məşğulluq, istərsə də digər planlı sənədlərin icrası sayəsində bu problem çözülməyə çalışılır. İş yerlərinin çoxunun paytaxtda olması və ardıcıl olaraq da daha çox məhz burada açılması təbiidir. Çünki Bakı sənaye şəhəridir. Burada istehsal sahələri ilə yanaşı, ictimai-iaşə xidməti, ticarət və sair də daha geniş şəkildə inkişaf etmiş və təşəkkül tapmışdır. Bundan əlavə, Bakıya gediş-gəliş də çoxdur. Tikinti də paytaxtda daha geniş və möhtəşəm xarakter daşıyır. Təbii ki, bütün bunlar iş yerləri deməkdir”.
İqtisadçı diqqətə çatdırıb ki, regionlarda iş yerləri təkcə infrastruktura bağlı ola bilməz:
“İlk növbədə aqrar sahə inkişaf etməlidir. Kənd təsərrüfatı məhsulları istehsalı stimulverici xarakter daşımalıdır. Tədarük və istehsal, emal arasında sıx zəncirvari əlaqə qurulmalıdır. Bölgələrimizdə bir sıra müasir tipli emaledici müəssisələrimiz vardır, meyvə-tərəvəz konservi zavodarımız mövcuddur. Ancaq bunların əksəriyyəti yerli xammalla çalışmır. Belədə məşğulluq necə təmin olunsun və artsın? Kəndli torpağını iri fermer təsərrüfatlarına icarəyə veib şəhərə qaçır, yaxud muzdlu əməyə üstünlük verir. Çünki sərfəli deyil. Fərdi təsərrüfatla məşğul olmağa şərait yoxdur. Stimulverici deyil. Aylıq 400-500 azn əməkhaqqılı iş bundan sərfəlidir. Odur ki, hesab edirəm, ilk növbədə kənd təsərrüfatı sahəsində məşğulluğun artmasını və genişlənməsini təmin etməsək sözügedən disbalansı aradan qaldırmaq mümkün olmayacaq. Kənd təsərrüfatı və turizm... Bax, bu iki sahənin inkişafı kənd yerlərində məşğulluğun təmin olunmasına, artmasına və genişlənməsinə yardım göstərə bilər”.
Leyla Turan
Demokrat.az