Bərdədə baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri kameraya düşüb.
Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, yola çıxmaq istəyən “Mercedes” markalı avtomobil “Niva” ilə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən “Niva” “KamAZ”a çırpılaraq aşıb.
Hadisə nəticəsində sürücülər yüngül xəsarətlər alıb.