Formula 1 yenə şəhərin mərkəzində keçiriləcək — Paddokun qurulmasına başlanıldı

İDMAN 06 mart 2025, 13:53
Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bu barədə Demokrat.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Paddok hər zamanki kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top